Futbol matçında 53 qol

Futbol matçında 53 qol

İspaniyada keçirilən futbol matçında qeyri-adi hesab qeydə alınıb. Fanat.az xəbər verir ki, İspaniya Gənclər Liqasının oyununda "Atletiko Aznalkazar" "Palomares Junior"u 53:0 hesabı ilə yenib.

53 qol cəmi 68 dəqiqə ərzində vurulub. Bundan sonra "Palomares Junior" rəhbərliyi oyunu yarımçıq saxlayıb və komandanın çempionatdan çıxdığını açıqlayıb.

Məğlub klubun cəzalı və zədəli futbolçularının çox olması və oyuna kiçik yaş qrupundan çoxlu futbolçu cəlb etməsi məğlubiyyətin əsas səbəblərindən biri olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər