İsveçrənin "Lenzburq" klubu seks qalmaqalı ilə gündəmə gəlib. Fanat.az xəbər verir ki, olay mövsümün sonunda komanda üzvləri çempionluğu qeyd edərkən baş verib.
Belə ki, komandalarının bölgələrarası 2-ci liqaya çıxmasını qeyd edən futbolçular və masajçı Sürixdəki əyləncə mərkəzlərindən birinə yollanıblar. Məkanın qapısı digər müştərilər üçün bağlandıqdan sonra komandanın hücumçusu şalvarını və köynəyini çıxararaq masajçı ilə birlikdə çılpaq rəqs edib.
Baş verənlər videoya çəkilib və klub rəhbərliyinə göndərilib. Bundan sonra masajçı işdən çıxarılıb, futbolçulara isə cəzalar verilib.
Olayla bağlı danışan masajçı "Mən günah keçisi elan edildim. Başqaları günahkar olduğu halda mən cəzalandım" deyib.
Fanat.az