Futbol klubuna silahlı hücum: 5 yaralı

Futbol klubuna silahlı hücum: 5 yaralı

Nigeriyanın "Kano Pillars" klubunun avtobusu hücuma məruz qalıb. Fanat.az хəbər verir ki, nəticədə 5 futbolçu yaralanıb.

Klubun rəsmi "Twitter" hesabından verilən açıqlamada bildirilir ki, "Heartland"la səfər oyunu üçün Abajidən Overri şəhərinə yollanan "Kano Pillars" klubunun futbolçuları silahlı soyğunçuların hücumuna məruz qalıb. Nəticədə 18-i futbolçu olmaqla 25 nəfərlik heyətdən oyunçular - Qambo Məhəmməd, Ruben Oqbonaya, Eneji Otekpa, Murtala Adamu və Ubonq Ekpaini yaralanıb. 

Soyğunçular avtobusdakı dəyərli əşyaları götürərək olay yerindən qaçıb. Yaralılar isə Lokoja şəhərindəki хəstəхanaya yerləşdirilib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər