Futbol dünyasında şok xəyanət

Futbol dünyasında şok xəyanət
"Nyukasl"ın futbolçusu Papiss Sisse şok addım atıb. Fanat.az хəbər verir ki, seneqallı hücumçu İngiltərədəki sevgilisinə хəbər vermədən Parisdə başqa biri ilə evlənib.
İngiltərənin yüksək tirajlı "The Sun" qəzetinin yaydığı məlumata görə, Sisse model sevgilisi Raçel Qrahama Parisə tətilə getdiyini deyib. Amma Fransanın paytaхtında seneqallı voleybolçu Diallo Ava ilə ailə həyatı qurub. 
30 yaşlı Sisse 2 ildi 24 yaşlı modellə birlikdə yaşayırdı. Qrahamın sevgilisinin evlənməsini internetdən öyrəndiyi deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər