Frank Riberi ilə müqavilə yenilənmədi - RƏSMİ

Frank Riberi ilə müqavilə yenilənmədi - RƏSMİ
"Fiorentina" Frank Riberi ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Frank Riberi "Fiorentina"ya 2019-cu ilin avqustunda "Bavariya"dan keçib. Fransalı oyunçu bu komandada 51 oyuna çıxıb, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər