Foqts futbolçularımızın PTT liqasında oynamasını istəmir

Foqts futbolçularımızın PTT liqasında oynamasını istəmir
"Milli üzvlərinin Super Liqada, Bundesliqada, A Seriyasında oynamalarını istərdim". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Alman mütəxəssis Türkiyənin PTT 1-ci liqasında oynayan futbolçuları milliyə dəvət etməkdə o qədər də istəkli olmamasının səbəbini açıqlayıb: "Azərbaycan Premyer Liqası Türkiyənin I dəstəsindən zəif deyil. Ona görə də futbolçularımızın qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam".
Qeyd edək ki, Foqts PTT liqasından Rusiya və Bolqarıstanla oyunlara 3 futbolçu çağırıb: Vaqif Cavadov, Ufuk Budak (hər ikisi "Qaziantep BB"), Mahir Şükürov (Karşıyaka).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər