"Real Madrid"in prezidenti Florentino Peres "Barselona"nın futbolçu alqı-satqısına La Liqanın müdaxilə etməsini şərh edib.
Fanat.Az xəbər verir ki, "Diario Sport" 75 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"La Liqa "Barselona"nın idman direktoru olmalıdır. Nəzərə alsaq ki, çempionatın təşkilatçıları onların hansı futbolçunu alıb-almayacağına qərar verirlər, onda İspaniya La Liqası klubda işləməlidir. Düşünürəm ki, "Barsa" ödəyici qabiliyyətinə malik olan sərbəst klubdur".
Emin