Bu gün İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" üz-üzə gəlib.
Görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibi yetərincə maraqlı alınan penaltilər seriyası müəyyənləşdirib. Qələbəni penaltiləri daha dəqiq yerinə yetirən "qırmızılar" bayram edib - 11:10.
Bu zəfər sayəsində "Liverpul" 9-cu dəfə sözügedən turnirin baş mükafatına sahib çıxaraq rekord müəyyənləşdirib.
Qeyd edək ki, "Mançester Siti" 8, "Çelsi", "Mançester Yunayted" və "Aston Villa" isə hərəyə 5 dəfə İngiltərə Liqa Kubokunu qazanıb.