FIFA Rusiyanın "Rubin" klubuna transfer qadağası qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı Rusiya mətbuatı yayıb.
"Tatarlar" 2018-ci ildə Sloveniyanın "Olimpiya" klubundan Filip Uremoviçin transferi zamanı qaydanı pozduğuna görə cəzalandırılıb. Kazan təmsilçisi nəzərdə tutulan məbləği qarşı tərəfin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməyib. Bu üzdən "Olimpiya” FIFA-ya müraciət edib və Rusiya klubu cəzadan qaça bilməyib.
Qeyd edək ki, Filip Uremoviç hazırda "Rubin"də çıxış edir.
Fanat.Az