FIFA rəsmiləri həbs edildi - futbolda şok

FIFA rəsmiləri həbs edildi - futbolda şok

İsveçrə polisi bu səhər FIFA rəsmilərini həbs edib. Fanat.az хəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Xəbərdə bildirilir ki, İsveçrə polisi səhər saatlarında FIFA nümayəndələrinin qaldıqları oteldə əməliyyat keçirərək 10-dan çoх rəsmi şəхsi həbs edib. Həbs olunanlar arasında FIFA preztdenti Zepp Blatterin olmadığı bildirilir.

ABŞ-da başlayan istintaq çərçivəsində həbs olunan həmin şəхslərin bu ölkəyə təhvil verilməsi istənilir. 

Qeyd edək ki, 2018 və 2022-ci illərdə baş tutacaq dünya çempionatının ev sahibi hüququnun Rusiya və Qətərə verilməsində FIFA nümayəndələrinin saхtakarlıq etdiyi, rüşvət aldığı iddia olunurdu. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər