FIFA futbol assosiasiyasını cəzalandırdı: Homofob...

FIFA futbol assosiasiyasını cəzalandırdı: Homofob...

FIFA Panama Futbol Assosiasiyasını cəzalandırıb. 

Fanat.Az xəbər verir ki, buna milli komanda azarkeşlərinin Kosta-Rika və Meksikaya qarşı DÇ-2022-nin seçmə oyunlarında homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub. 

Qurumun İntizam Komitəsinin qərarına əsasən, Panama yığması noyabrın 16-da Salvadora qarşı matçı azarkeşsiz keçirəcək və assosiasiya 50 min isveçrə frankı məbləğində cərimə ödəyəcək.

Ancaq FİFA-nı ayrı-seçkilikdə qınayan Panama Futbol Assosiasiyası apellyasiyaya şikayət verdiklərini açıqlayıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər