FİFA-dan "Astana"ya transfer qadağası

FİFA-dan "Astana"ya transfer qadağası

“Astana”ya futbolçu transferinə qadağa qoyulub. 

Fanat.Az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasının (QFF) bu barədə açıqlamasında kluba yeni futbolçuların qeydiyyatının mümkünsüzlüyü çatdırılıb.

FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarı ilə “Astana” rumıniyalı futbolçu Dorin Rotariu qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə cəzalandırılıb.

Bununla əlaqədar olaraq, QFF “Astana” futbol klubuna növbəti 3 transfer pəncərəsində yeni oyunçuların qeydiyyatdan keçməsini qadağan edib. 

Qeyd edək ki, "Astana" sonuncudan əvvəlki turda "Qarabağ"ın rəqibi "Kayrat"a uduzaraq çempionluq şansını itirib.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər