“Fənərbaxça”nın futbolçusu “Braqa” ilə yeni müqavilə imzaladı

“Fənərbaxça”nın futbolçusu “Braqa” ilə yeni müqavilə imzaladı

İcarə əsasında Türkiyənin “Fənərbaxça” klubunda çıxış edən yarımmüdafiəçi Bruma “Braqa” ilə yeni müqaviləyə imza atıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, onun Portuqaliya təmsilçisi ilə yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub. Portuqaliya klubu onun transfer hüquqlarını almaq üçün İstanbul təmsilçisinə 6.5 milyon avro ödəyib.

Bruma 2022/23 mövsümündə “Braqa”nın heyətində 21 oyuna çıxıb, dörd qol vurub və altı məhsuldar ötürmə edib. O, İstanbul klubunun heyətində isə 5 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bruma karyerası ərzində “Sportinq”, “Qalatasaray”, “Qaziantepspor” (icarə), “Leyptsiq”, PSV və “Olimpiakos” kimi klublarda da forma geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər