"Fənərbaxça" İran millisinin üzvünü transfer etdi

"Fənərbaxça" İran millisinin üzvünü transfer etdi
"Fənərbaxça" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi iranlı hücumçu Allahyar Səyyadmaneşlə anlaşıb. 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Keçidə görə transfer haqqı ödənilməyib.
Qeyd edək ki, gənc forvardın son klubu "İstiqlal" olub. Bu il İran millisində debüt edən ilk oyununda qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər