Fariz Nəcəfov: "Qriqorçukun istədiyi futbolçular var"

Fariz Nəcəfov: "Qriqorçukun istədiyi futbolçular var"

"Avropa Liqasında nə qədər bacarırıqsa, irəli getməliyik. Ötən il komandanın hansı səviyyədə olduğunu hamımız bilirdik. Yuri Syomin getdi, komanda dağıldı. İndi isə vəziyyət fərqlidi". Fanat.az хəbər verir ki, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Klub rəsmisi "Qarabağ"la oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Fariz bəy yeni transferlərlə bağlı suala cavab verib: "Transferlərlə bağlı bağlı baş məşqçi ilə söhbətimiz olub. Onun xidmətində maraqlı olduğu futbolçular var. Bu istiqamətdə işlər görülür".

Vitse-prezident "Qəbələ"də maliyyə probleminin olmadığını bildirib: "Bu baxımdan hansısa problemimiz yoxdu. Hər şey göz qabağındadı. Komanda oynayırsa, deməli, işlər qaydasındadı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər