Evindən qovulan qarıya futbol klubu sahib çıxdı

Evindən qovulan qarıya futbol klubu sahib çıxdı

İspaniyada oğlunun borcları üzündən böyük çətinliklər çəkən və evindən qovulan yaşlı bir qadına yerli futbol klubu sahib çıxıb. Fanat.az virtualaz.org saytına istinadən xəbər verir ki, Karmen Martinez Ayudo adlı qadın oğlunun 75 min avro borcunun olması səbəbindən evindən çıxarılıb.

Küçədə qalmış zavallı qarıya İspaniyanın köklü klublarından olan “Rayo Vallekano” sahib çıxıb. Klubun baş məşqçisi Pako Xemes məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, futbolçuların və klub rəhbərliyinin yaşlı qadının vəziyyəti ilə bağlı nəsə etməməsi mümkün deyil: “Bu qadının köməyə ehtiyacı var. Texniki heyət və oyunçular ona haqq etdiyi hörməti göstərəcək. Bir ev tapıb orada gözəl şəraitdə yaşamasını təmin edəcəyik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər