"Fənərbaxça"nın nigeriyalı futbolçusu Emmanuel Emenikenin futbol akademiyası qurmaq üçün aldığı 13 hektarlıq ərazi əsgərlər tərəfindən işğal olunub. Fanat.az xəbər verir ki, bu barədə futbolçusu özü africanfootball.com saytına açıqlamasında məlumat verib.
Emenike bildirib ki, may ayında Enuqu əyalətindən satın aldığı torpaq sahəsi hazırda hərbiçlərin nəzarəti altındadı. O, torpağının 180 min dollar dəyəri olduğunu bildirib: "Pul qazanmaq üçün çox çalışıram. Bu akademiyanı qurmaq mənim arzum idi. Başqaları kimi dövlətdən pulsuz torpaq istəməmişdim. Siyasətçi deyiləm, hökumətin mənim pulumla nə dərdi ola bilər? Torpağımı geri almaq üçün lazım olsa savaşaram".
Fanat.az