Eriksen İngiltərə nəhəngi ilə müqavilə bağladı

Eriksen İngiltərə nəhəngi ilə müqavilə bağladı

Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen İngiltərə nəhəngi ilə müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında 30 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqavilə bağladığını yazıb.

Mənbə "qırmızı şeytanlar"ın gün ərzində bu transferi ictimaiyyətə açıqlayacağını vurğulayıb.

Dünən skandinaviyalı oyunçunun MY ilə 3 illik müqavilənin detallarını razılaşdırdığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Eriksen son mövsümün ikinci yarısını "Brentford"da keçirib. Bu komandanın forması ilə çıxdığı 11 Premyer Liqa matçında 1 qol vuran orta xətt oyunçusu sözügedən klubdan azad agent statusu ilə ayrılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər