Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenin yeni klubu müəyyənləşmək üzrədir.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, son mövsümün ikinci yarısını "Brentford"da keçirən və hazırda azad agent statusu daşıyan skandinaviyalı futbolçu "Mançester Yunayted"lə şifahi razılığa gəlib.
Xəbərə görə, orta xətt oyunçusu tibbi müayinədən keçəndən sonra "qırmızı şeytanlar"la 3 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Eriksen "Brentford" forması ilə İngiltərə Premyer Liqasında 11 matça çıxaraq 1 qol vurub.
Nihat