Ərəblər Salah üçün məbləği 20 milyon da artırdı - "Liverpul"un cavabı... 

Ərəblər Salah üçün məbləği 20 milyon da artırdı - "Liverpul"un cavabı... 

"Liverpul" rəhbərliyi Səudiyyə Ərəbistanından yenidən sərfəli təklif alsa da, hücumçu Məhəmməd Salahla ayrılmaq fikrində deyil.

Fanat.Az xəbər verir ki, bu barədə sosial şəbəkə insayderi Rudi Qaletti məlumat yayıb.

Mənbənin məlumatına görə, misirli ulduzdan əl çəkməyən "Əl-İttihad" son olaraq mersisaydlılara 170 milyon avro təklif edib. Lakin bu təklif "qırmızılar" tərəfindən rədd edilib. Beləliklə, Salah bu mövsüm də "Liverpul"da qalaacaq.

Məhəməd Salah 2017-ci ildən mersisaydlılarda çıxış edir. 31 yaşlı misirlinin hazırki klubu ilə müqaviləsinin müddəti 2024/2025-ci il mövsümünün sonuna kimi hesablanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər