Ərdoğan futbol oyandı: het-trik etdi- VİDEO

Ərdoğan futbol oyandı: het-trik etdi- VİDEO
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan futbol oynadı.Fanat.az xəbər verir ki, iyulun 26-da İstanbulda Fatih Terim Stadionun açlışı olub. Super Liqada çıxış edən İstanbulun “Başakşəhər” klubunun oyunlarının keçiriləcəyi stadionun açılışını hazırkı baş naziri və prezident seçkilərində namizəd Rəcəb Tayyib Ərdoğan edib.Stadionun açılışından sonra ölkənin tanınmış şəxslərinin yer aldıqları rəmzi “Narıncı” və “Ağ” komandaları arasında matç keçirilib. Türkiyədə keçiriləcək 12-ci prezident seçkiləri ilə əlaqədar 12 nömrəli formada “Narıncı” komandasının heyətində meydana çıxan R.T.Ərdoğan üç qol vurub. Qarşılaşma narıncıların 9:4 hesablı qələbəsi ilə başa çatıb.Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər