Emrelinin komandasından 2 milyonluq transfer

Emrelinin komandasından 2 milyonluq transfer

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su yeni transfer həyata keçirib.

Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Robert Lyubiçiç "Rapid Vyana"nı "Dinamo"ya dəyişib. 

Xorvatiya çempionu 23 yaşlı yarımmüdafiəçi üçün Avstriya klubuna iki milyon avro ödəyib. Onunla 5 illik müqavilə imzalanıb.

Lyubiçiç Xorvatiyanın 20 yaşadək futbolçulardan ibarət yığmasında iki oyun keçirdikdən sonra Avstriya millisinə dəvət alıb. O, keçən mövsüm "Rapid"in heyətində 40 oyuna çıxaraq 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər