Emre Belözoğlu Emrelinin transferindən danışdı

Emre Belözoğlu Emrelinin transferindən danışdı

Türkiyənin “Başakşəhər” klubunun baş məşqçisi Emre Belözoğlu adı klubla hallanan Mahir Emreli haqda danışıb.

Fanat.Az xəbər verir ki, “Anadolu” agentliyinə danışan Emre, azərbaycanlı hücumçu ilə maraqlandıqlarını söyləyib:

“Mahir maraqlandığımız bir futbolçudur. “Legiya”da xoşagəlməz şeylər yaşadı. Klubumuzun vitse-prezidenti Mustafa Eröğüt bu məsələ ilə məşğul olur. Hazırda bu haqda çox şey bilmirəm. Ümumilikdə, Mahir maraqlandığımız futbolçulardandır”.

Qeyd edək ki, Varşava təmsilçisinin avtobusuna azarkeşlərin hücumu zamanı başından xəsarət alan və bu məqamı əsas gətirərək "Legiya"nın təlim-məşq toplanışına qatılmayan Emreli "Başakşehir"lə şifahi razılığa gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər