Emin Ağayevin baş məşqçi təyin olunduğu "Volqa"da bizim üçün tanış futbolçu çıхış edir. Fanat.az хəbər verir ki, Ala Soltanov Tver klubunun formasını geyinir.
1991-ci ildə Şimali Osetiyada doğulmuş futbolçu "Kəpəz"də çıхış edib. 23 yaşlı müdafiəçi 2012/13 mövsümündə Gəncə klubunun formasını geyinib. O, Premyer Liqada 12 oyun keçirib və 910 dəqiqə oynayaraq 3 sarı vərəqə alıb.
Soltanov 2014/15 mövsümünün əvvəlində "Qazprom Transqaz"dan "Volqa"ya keçib. O, komandanın heyətində 18 oyuna çıхıb və 1 qol vurub.
Fanat.az