Emeri yetirməsinin "Barselona"ya keçə biləcəyini təsdiqlədi

Emeri yetirməsinin "Barselona"ya keçə biləcəyini təsdiqlədi

"Vilyarreal"ın baş məşqçisi Unai Emeri "Barselona"nın müdafiəçi Xuan Foytla maraqlanmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Emerinin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən ictimaiyyətə çatdırıb:

"Görünən budur ki, "Barselona" Xuan Foytu transfer etmək istəyir. O, mənə "Vilyarreal"da xoşbəxt olduğunu deyib. Ancaq gedəcəyini istisna etmirəm".

Qeyd edək ki, 24 yaşlı Foyt "Estudiantes"in yetirməsidir. O, 2020-ci ildən "Vilyarreal"dadır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər