"Əl-Sədd" "Barselona"ya şərt qoydu

"Əl-Sədd" "Barselona"ya şərt qoydu

"Əl-Sədd" baş məşqçisi Xavi ilə bağlı “Barselona” ilə danışıqlarda güzəştə getməkdən imtina edib.

Fanat.Az xəbər verir ki, bu barədə ispaniyanın "AS" nəşri məlumat yayıb. 

Məlumatda bildirilir ki, Qətər klubu "Barselona"nın prezidenti Joan Laportanın şəxsən Dohaya gəlməsini və bu barədə danışıqlarda iştirak etməsi tələbini irəli sürüb.

Bundan əlavə "blauqrana" "Əl-Sədd"ə Xavinin gözlənilmədən klubu tərk etdiyinə görə 1 milyon avro təzminat ödəməlidir.

Xatırladaq ki, Xavi ilə "Əl-Sədd" arasındakı hazırkı müqavilənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər