Əfsanəsi "Liverpul"a qarşı: "Buna can atırıq"

Əfsanəsi "Liverpul"a qarşı: "Buna can atırıq"

"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard İngiltərə Premyer Liqasının 33-cü turundan təxirə salınmış oyunla - "Liverpul"la matçla bağlı gözləntilərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Mersisayd klubunun əfsanəsi sabiq komandasından xal almağa kökləndiyini deyib: 

“Premyer Liqada turnir cədvəlinin üst pillələrində qərarlaşan komandaların heyəti çox vaxt dünya səviyyəli oyunçularla zəngin olur. "Liverpul"dan səviyyə baxımından geri qaldığımızı bilirik. Lakin bizim işimiz odur ki, bu fərqi aradan qaldırmaq üçün əlimizdən gələni edək. Buna can atırıq”.

"Aston Villa" - "Liverpul" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, çempionatın sonuna üç oyun qalmış "Liverpul" Premyer Liqanın lideri "Mançester Siti"dən 3 xal geri qalır. Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər