Adı uzun müddətdi "Real"la hallanan Eden Hazard transfer açıqlaması verib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçu Fransanın "Canal Plus" kanalına açıqlamasında yanvarda "Çelsi"dən ayrılmaq baradə düşünmədiyini bildirib:
"Hazırda "Çelsi"nin futbolçusuyam və 1 illik müqaviləm var. Müqaviləmi uzatmasam, başqa bir kluba keçə bilərəm. Yanvarda komandadan ayrılmaq barədə düşünmürəm. Bu hərəkəti nə kluba, nə də azarkeşərə qarşı edə bilmərəm. Amma gələn yay başqa bir kluba getmək ehtimalım var. Karyeramın qalan hissəsini "Çelsi"də davam etdirmək etimalım da var.
Belçika millisinin üzvü PSJ ilə danışıqlar apardığını bildirib: "Bundan əvvəl PSJ ilə görüşümüz olub. Amma onlar məni cəlb edə bilmədilər. Əgər bir gün Fransaya dönsəm, oynayacağım komanda "Lill" olacaq. Amma indi Fransaya dönmək niyyətim yoxdu".
Qeyd edək ki, Hazard 2012-ci ildə "Lill"dən "Çelsi"yə 35 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 150 milyon avro qiymət qoyub. 27 yaşlı forvard cari mövsümdə meydana çıxdığı 15 rəsmi matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az