Dzyuba Kazan klubunda - Müqavilə bağlayacaq?

Dzyuba Kazan klubunda - Müqavilə bağlayacaq?

"Fənərbağça" başda olmaqla, adı bir neçə klubla hallanan Artyom Dzyuba "Rubin"in düşərgəsindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport-Ekspress" yayıb.

Mənbənin məlumatına görə, özünə klub tapa bilməyən və formada qalmağa çalışan hücumçu Kazan klubunda məşqlərə başlayıb.

Baş məşqçi Leonid Slutski onun yeni komanda tapana qədər məşqlərdə iştirak etməsinə icazə verib. 

“Rubin” keçmiş futbolçuları - Aleksandr Taşayev və Yevgeni Başkirova da məşq etməyə icazə versə də, onlarla müqavilə imzalamayıb.

Qeyd edək ki, Dzyuba mayın sonunda "Zenit"i azad agent kimi tərk edib. O, ötən mövsüm Sankt-Peterburq təmsilçisinin heyətində bütün yarışlarda 39 oyuna çıxaraq 13 qol vurub, 10 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər