Dünyanın ən yaşlı futbolçusunun yeni klubu bilindi

Dünyanın ən yaşlı futbolçusunun yeni klubu bilindi

Dünyanın ən yaşlı futbolçusunun - yaponiyalı Kadzuyosi Miuranın yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 57 yaşlı hücumçu yeni mövsümdən ölkəsinin "Atletiko Sudzuka" klubunun uğurları üçün çalışacaq.

1990-2000-ci illər aralığında ölkəsinin yığmasında oynayan Miura milli forma ilə 55 qola imza atıb. O, İtaliya, Xorvatiya , Avstraliya və Portuqaliya klublarında legioner həyatı yaşayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər