Dünya futbolunun ən yaxşı müdafiəçiləri açıqlandı - Millimizin sabiq çalışdırıcısı 9-cu yerdədir

Dünya futbolunun ən yaxşı müdafiəçiləri açıqlandı - Millimizin sabiq çalışdırıcısı 9-cu yerdədir

Nüfuzlu "Give me Sport" nəşri futbol tarixinin ən yaxşı müdafiəçilərinin syahısını təqdim edib.

Fanat.Az xəbər verir ki, 1-ci yerdə  Almaniya millisinin və "Bayern Münhen"in əfsanəvi oyunçusu Frans Bekkenbauer mövqe tutub. İtaliya seçməsinin və "Milan"ın sabiq üzvü Paolo Maldini ikinci, Milan təmsilçisinin digər keçmiş futbolçusu Franko Barezi üçüncüdür.

Növbəti pillələrdə Bobbi Mur, Qaetano Şirea, Alessandro Nesta, Markos Kafu, Serxio Ramos, Karlos Alberto Torres və Fabio Kannavaro yer alıblar.

Qeyd edək ki, braziliyalı Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər