Britaniyanın nüfuzlu "Give me Sport" portalı dünya futbolunun dəyişməsinə və inkişafına ən çox təsir edən oyunçuların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda 1-ci yerdə "Barselona" və "Ayaks"ın sabiq yarımmüdafiəçisi, "Qızıl top" mükafatını 3 dəfə qazanmış Yohan Kroyf qərarlaşıb. Total futbol anlayışının yaranmasının səbəbkarından sonrakı pillədə əfsanəvi argentinalı Dieqo Maradona mövqe tutub. 3-сü sırada isə daha çox məhkəmə çəkişmələri ilə yadda qalmış, Avropa futbolunda transfer sisteminin dəyişməsinə səbəb olmuş Jan-Mark Bosman yer alıb.
İlk "10-luğ"a düşən inqilabçı futbolçular aşağıdakılardır:
1. Yohan Kroyf 2. Dieqo Maradona 3. Jan-Mark Bosman 4. Castin Faşanu 5. Vel Anderson 6. Stenli Metyuz 7. Antoni Barışnya 8. Klod Makalele 9. Manuel Noyer 10. Trevor Frensis