Dünya futbolu şokda: prezident istefa verdi

Dünya futbolu şokda: prezident istefa verdi

Bir neçə gün əvvəl yenidən FIFA prezidenti seçilən Zepp Blatter gözlənilməz addım atıb. Fanat.az хəbər verir ki, ali futbol qurumunun rəhbəri istefa verib.

O, qərarını az öncə Süriхdə keçirdiyi mətbuat konfransında açıqlayıb. 79 yaşlı Blatter qərarını rüşvət ittihamları və FIFA rəsmilərinin həbs ilə əlaqələndirib: "Vəzifəm hər kəs tərəfindən dəstəklənmir. Yeni prezidenti seçmək üçün hər kəsi fövqəladə konfransa çağırıram. Düşünürəm ki, FIFA-nın tərkibi tamamilə yenidən formalaşmalıdı".

FIFA-nın növbədənkənar konfransı qədər Blatter vəzifəsinin icrasına davam edəcək. Konfransın isə 2015-ci ilin dekabr ayı ilə 2016-cı ilin mart ayı arasında baş tutacağı gözlənilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər