İngiltərə Liqa Kubokunun ikinci finalçısı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ilk oyunda "Arsenal"la qolsuz heç-heçə edən “Liverpul” cavab matçına çıxıb.
“Qırmızılar” səfərdə inamlı qələbə qazanaraq adını həlledici matça yazdırıb. Yürgen Kloppun komandası finalda “Çelsi” ilə qarşılaşacaq.
Xatırladaq ki, “zadəganlar” “Tottenhem”i (2:0, 1:0) mübarizədən kənarlaşdırmışdı. İngiltərə Liqa Kuboku Yarımfinalın cavab oyunu 20 yanvar Arsenal - Liverpul 0:2 (ilk oyun 0:0) Qollar: Jota, 19; 79.