Diniyev: "Orda futbolçular məşqə tapança ilə gəlirdi"

Diniyev: "Orda futbolçular məşqə tapança ilə gəlirdi"

"Just football" verilişinin daha bir buraxılışı yayımlanıb. Fanat.az xəbər verir ki, rus dilində yayımlanan proqramın bu dəfəki qonağı hazırda işsiz olan məşqçi Şahin Diniyev olub.

Təcrübəli mütəxəssis verilişdə "Rəvan"dan istefa verməsinin səbəblərini açıqlayıb, eləcə də Azərbaycan Premyer Liqasında baş verən son hadisləri dəyərləndirib. Diniyev Azərbaycanda, həmçinin Rusiyada klubların çox zaman baş məşqçi yox, komandanın prezidenti tərəfindən idarə olunduğunu deyib. Onun sözlərinə görə, Rusiyanın "Terek" klubunda baş məşqçi olduğu vaxt Çeçenistan prezidenti Ramzan Kadırov klubun daxili işlərinə müdaxilə edirmiş. Bu azmış kimi “Terek”in futbolçusu klubun bazasına, məşqə belində tapanca ilə gəzirmiş. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər