Şimali Koreya lideri Kim Çen İnın arvadı, məşhur müğənni Li Sol Çu bu ilin əvvəlindən ilk dəfə ictimaiyyət arasına çıxıb.
Fanat.az xəbər verir ki, Kim Çen İn həyat yoldaşı ilə birgə futbol oyununa baxıb. “Partiyamızın və xalqımızın rəhbəri, sevimli yoldaş Kim Çen In yoldaş Li Sol Çu ilə birgə prezident tribunasında olublar”, deyə Şimali Koreyanın dövlət qəzeti yazıb.
Cənubi Koreyanın “Renhap” agentliyi vurğulayır ki, sonuncu dəfə diktatorun arvadı Li Sol Çu dekabrın 17-i Kim Çen İnın atası, ölkənin sabiq lideri Kim Çen İrin anım mərasimləri ilə bağlı tədbirlərə qatılmışdı.//Azvision.az
Fanat.az