Fransa millisi baş məşqçi Didiye Deşamla müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
54 yaşlı mütəxəssisin sözləşmə 2026-cı ilə qədər uzadılıb.
Qeyd edək ki, Fransa millisi Deşamın rəhbərliyi altında Qətərdə keçirilmiş dünya çempionatında ikinci yeri tutub. Komanda finalda Argentina yığmasına penaltilər seriyasında yenilib.