Dest "Barselona" ilə bağlı qərarını verdi

Dest "Barselona" ilə bağlı qərarını verdi

"Barselona"nın müdafiəçisi Sercinyo Dest klubunu dəyişmək niyyətində deyil.

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, zədədən yeni qurtulan arxa xətt oyunçusu baş məşqçi Xavi ilə söhbətdən sonra öz üzərində daha səylə çalışır.

Dest "Barselona"ya 2020-ci ildə "Ayaks"dan transfer edilib. Bu mövsüm İspaniya çempionatında 12 oyuna çıxan ABŞ millisinin üzvü 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər