Dənizli 3 futbolçunu ehtiyata göndərdi

Dənizli 3 futbolçunu ehtiyata göndərdi
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qəbələ"nin qonağı olacaq "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli start heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, türk mütəxəssis Premyer Liqanın sonuncu - XXX turunun "Bakı" ilə oyununu nisbətən heyətdə 3 dəyişiklik edib.
Slavik Alxasovu ehtiyata göndərən Dənizli "Bakı" matçında sonradan meydana buraxdığı Vanderson Skarduelliyə "11-lik"də yer verib. Türk mütəxəssis Junior Nildo və Eliası da ehtiyatda saxlayıb. Onların əvəzində Rahid Əmirquliyevlə Mbilla Etame start heyətinə dönüb. 
Qeyd edək ki, "Bakı" ilə oyunda start heyətində yer alan Elias ölkəmizdə ilk qoluna imza atmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər