De Yonq "Barselona"nın planlarını pozdu - SON DURUM

De Yonq "Barselona"nın planlarını pozdu - SON DURUM

Bu gedişlə niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun "Mançester Yunayted"ə transferi baş tutmayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı rəsmi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə 25 yaşlı futbolçunun agentlərinin Kataloniya klubunun nümayəndələri ilə görüşdüklərini və onun iş yerini dəyişmək niyyətində olmadığını rəhbərliyə çatdırdıqlarını vurğulayıb. Xəbərdə Frenkinin "Barsa" bossları ilə maaşının azaldılması variantını da müzakirə etməyəcəyi bildirilib.

Qeyd edək ki, daha öncə tərəflərin razılığa gəldiyi və sözügedən futbolçunun 85 milyon avro qarşılığında MY-yə keçəcəyi barədə məlumatlar yayılmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər