"De Yonq "Barselona"nı məhkəməyə verməlidir!"

"De Yonq "Barselona"nı məhkəməyə verməlidir!"

"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqa məhkəməyə müraciət etməyi məsləhət görüb.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" yayıb.

“De Yonq “Barselona”nı məhkəməyə verməli və bütün oyunçular onu dəstəkləməlidir. Yeni futbolçulara böyük sərvət xərcləyən, müqaviləsi olanlara pul verməyən klub qanunu pozur. FIFPro bu vəziyyəti düzəltmək üçün hər cür səy göstərməlidir", - deyə mütəxəssis bildirib.

Daha öncə "Barselona"nın de Yonqun maaşının 50 faiz azaltmaq istədiyi barədə xəbərlər yayılıb. Kataloniya klubunun niderlandlıya şərt qoyduğu və buna razı olmayacağı halda, satılacağını çatdırdığı bildirilib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər