Darvin Nunyes "Liverpul"dakı ilk günlərindən danışdı

Darvin Nunyes "Liverpul"dakı ilk günlərindən danışdı

İngiltərə Premyer Liqasının ən səs-küylü transferlərindən sayılan "Liverpul"un hücumçusu Darvin Nunyes Mersisayd klubuna gəldiyi ilk günlər haqda danışıb.

Fanat.Az xəbər verir ki, "Liverpool Echo" 23 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Düzünü desəm, ilk həftələr o qədər əsəbi idim ki, ən sadə ötürməni belə verə bilmirdim. İlk vaxtlar komandaya alışmaq çətin idi.

Lakin zaman keçdikcə komanda yoldaşlarım mənə rahatlıq verdilər. Salahla söhbətim mənə çox kömək etdi. Sonra braziliyalılarla və Luis Diasla ünsiyyət qurdum.

Klopp mənimlə çox danışıb. O, həmişə mənə irəli getməyə ilham verib və mənə özünəinam bəxş edib".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər