Braziliyalı müdafiəçi Dani Alves yaxın vaxtlarda "Barselona"ya qayıdacaq.
Fanat.Az xəbər verir ki, bunu tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabında yazıb.
Mənbə hazırda azad agent statusu daşıyan futbolçunun Kataloniya təmsilçisi ilə müddəti mövsümün sonunadək olan müqavilə imzalayacağını açıqlayıb.
Anlaşmanın 2022-ci ilin yayında 1 illik uzadılması da nəzərdə tutulub.
Daha öncə yeni baş məşqçi Xavinin yaxşı tanıdığı Danini komandaya qaytaracağı barədə informasiyalar yayılmışdı.
Qeyd edək ki, Alves 2008-2016-cı illər aralığında "Barselona"da çıxış edib.
Nihat