Dani Alveş "Barselona"ya qayıdır?

Dani Alveş "Barselona"ya qayıdır?

"Barselona"nın sabiq müdafiəçisi Dani Alveş oyunçu qismində Kataloniya klubuna qayıtmayacaq.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, daha öncə yenidən "Barsa" forması geyinməyə hazır olduğunu dilə gətirən 38 yaşlı braziliyalının oyunçu kimi heyətə qatılması gündəmdə deyil.

Mənbə Alveşin klub strukturunda başqa postlardan birini tuta biləcəyini vurğulayıb.

Xatırladaq ki, cənubi amerikalı cinah müdafiəçisi 2008-2016-ci illər aralığında Kataloniya komandasının uğurları üçün çalışıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər