"Barselona"nın keçmiş müdafiəçisi Dani Alves klubu tarixinin bir parçasına çevrilmiş futbolçulara münasibətinə görə tənqid edib.
Fanat.Az xəbər verir ki, "The Guardian" Alvesin dediklərini belə çatdırıb:
“Komandanı kədərli şəkildə tərk etmirəm. "Barselona"ya qayıtdığım üçün xoşbəxtəm. uzun illər bu komandaya dönməyi arzulamışdım.
Gəldiyim gündən aydın şəkildə bildirdim ki, mən artıq 20 yaşlı gənc deyiləm. Oyunum əvvəlki kimi ola bilməz, yaş öz işini görür.
Təəssüf ki, "Barselona" klubun tarixini yazan futbolçulara əhəmiyyət vermir. Özüm haqqında danışmıram, çünki mənim vəziyyətim fərqli idi. Məni geri qaytardıqları üçün Xaviyə və klub prezidentinə sonsuz dərəcədə minnətdaram.
Sadəcə, "Barselona"nın meydandan kənardakı imicini yaxşılaşdırması, klubun əfsanəvi futbolçularına münasibətini dəyişməsi vacibdir".
Qeyd edək ki, 39 yaşlı futbolçu 2008- 2016-cı illərdə və 2021-ci ilin noyabrından 2022-ci ilin iyununa qədər "blauqrana"nın şərəfini qoruyub.
Emin