Dani Alves "Barselona"dan getdi

Dani Alves "Barselona"dan getdi

"Barselona"nın müdafiəçisi Dani Alves İspaniya nəhəngindən ayrıldığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

O, Kataloniya təmsilçisindən yeni müqavilə təklifi almadığını və ötən ilin noyabrında imzaladığı sözləşmənin müddəti başa çatdığı üçün klubla vidalaşdığını bildirib.

2008-2016-cı illər aralığında da "Barselona"da çıxış etmiş Alves son mövsümdə Xavinin rəhbərliyi altında 16 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər