Yayda "Real"dan "Yuventus"a transfer olunan Kriştiano Ronaldo başqa bir İtaliya klubuna keçə bilərmiş.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduzun "Napoli"yə transfer olunmaq ehtimalı olub. Bu barədə klubun idman direktoru Kristiano Giuntoli "Sky Sports" açıqlma verib.
"Ronaldonun bizə təklif olunduğu doğrudu. Onun meneceri Jorje Mendeşlə yaxşı əlaqələrimiz var. Bu məsələdən klubun prezidenti Aurelio De Laurentiisin də xəbəri var idi. Amma daha sonra Ronaldo ilə anlaşmağımızın mümkün olmadığını anladıq" deyə idman direktoru bildirib..
Fanat.Az