Daha bir azərbaycanlı futbolçu Türkiyə klubundan ayrılıb. Fanat.az xəbər verir ki, Davud Kərimi "Fəthiyəspor"la vidalaşıb.
Kütahya klubu PTT 1-ci liqanı tərk edib. Əsas heyətə düşə bilməyən Davud ikinci liqaya düşən klubda qalmaq istəməyərək vətənə dönüb. Qolkiper yerli klublardan biri ilə anlaşacaq.
Qeyd edək ki, Kərimi PTT 1-ci liqada debüt edə bilməyib. O, Türkiyədəki yeganə rəsmi oyununu kubokda "Kızılcabölükspor"a qarşı keçirib və komandasının 3:1 hesablı qələbəsində rol oynayıb.
Fanat.az