Daha bir futbolçu AZAL-dan getdi

Daha bir futbolçu AZAL-dan getdi

Daha bir futbolçu AZAL-ı tərk edib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədovun qərarına əsasən Samuel Barlay komandadan kənarlaşdırılıb.

Sierra Leonedən olan futbolçu cari mövsümün əvvəlindən AZAL-da çıxış edirdi. 25 oyunda meydana çıxan yarımmüdafiəçi 1 qol vurub. Barlay əvvəllər ölkəmizdə "Muğan" və "Rəvan"ın formasını geyinib.

Qeyd edək ki, bundan əvvəl Əhmədov Aylton, Branislav Arsenyeviç, Axtam Xarmaqulov, Nedo Turkoviç, Qərib İbrahimov, Rey Məmmədbəyli, Elçin Sadıqov, Habil Nurəhmədov, Orxan Səfiyaroğlu və Emin Cəfərquliyevi heyətdən kənarlaşdırmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər