Türkiyədə “Fənərbaxça”nın məruz qaldığı silahlı hücumun şokundan özünə gəlmədən analoji hadisə Fransada da baş verib. Fanat.az Fransanın 1-ci liqasında keçiriləcək “Marsel” - PSJ qarşılaşması öncəsində qonaq komandanın avtobusuna hücum olub.
Bildirilir ki, “Marsel” azarkeşləri qarşılaşmanın baş tutacağı “Veledrome” stadionuna gedən PSJ avtobusuna qolf topu atıb.
Stadiondan təxminən 800 metr məsafədə baş vermiş hadisə zamanı top Zlatan İbrahimoviçin olduğu tərəfdəki şüşəyə dəyərək onu sındırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fransa mətbuatı hadisəni törədən “Marsel” azarkeşinin artıq saxlanıldığını bildirib.
Xatırladaq ki, ötən gün Türkiyədə "Fənərbaxça" futbol komndasının olduğu avtobus silahlı hücuma məruz qalıb və nəticədə avtobusun sürücüsü başından yaralanıb.
Fanat.az